Show

28 İyul

Express Bank VAKANSİYA elan edir

Express Bank sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Öhdəliklər:

Daxil olmuş sifarişlərə biznesin olduğu yerlərdə baxış keçirilməsi, bankın daxili prosedur və daxili normativlərinə uyğun olaraq maliyyə və biznes təhlili edilməsi; onların təqdimat formalarının, memorandumlarının hazırlanması; mövcud bazar risklərinin aydınlaşdırılması; yekun kredit sifarişinin kredit komitəsinə təqdim olunması;
Müvafiq hesabatların hazırlanması

Əsas tələblər:

Maliyyə təhlili ilə bağlı yüksək bilik və bacarıqların olması;               
Riyazi və analitik düşünmə;
Bazar və əməliyyat risklərinin müəyyən edilməsi bacarığı;
Ofis proqramlarında yaxşı səfiyyədə yaxşı işləmə bacarığı;
Təqdimat bacarığı.    
Əlavə tələblər:
 ACCA F3, F7 və s. sertifikatlarının olması, ofis proqramlarında yüksək bilik və bacarıqların olması arzu olunanadır. 
Mikro və ya KOB(Biznes) kreditlərində satış təcrübəsi olanlara üsütünlük veriləcəkdir.