Show

27 İyul

HRcell şirkəti VAKANSİYA elan edir

"HRcell" MMC şirkəti HR Menecer vəzifəsinə vakansiya elan edir.

Fins.az xəbər verir ki, böyüyən restoran şəbəkəsinə qoşulmaq üçün istedadlı HR meneceri axtarılır. Şirkət üçün HR Manager pozisiyası çox önəmlidir, çünki şirkətin korporativ mədəniyyətinin və ruhunun yaradılmasında strateji rol olynayacaq.

Əsas vəzifə öhdəlikləri:

HR departamentinin konsepsiyası və proseslərinin işlənib hazırlanmasında iştirak,

Şirkətin demək olar ki, bütün iş proseslərində iştirak, həmçinin şirkət siyasətini və cari prosesləri nəzərə alaraq kadrların hazırlanması və inkişafı üçün sistem və proseslər hazırlanması,

Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması,

Müntəzəm olaraq şirkətin bütün struktur bölmələrində iş analizlərinin aparılmasının təmin edilməsi,

İşə qəbul, yerləşdirmə, cari və yeni işçilərin təlim və inkişafı, işçilərin gündəlik iş proseslərinə cəlb edilməsi və d. üçün effektiv sistemin yaradılması,

Müntəzəm olaraq əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi,

İR sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması,

İR sahəsində müxtəlif cari və birdəfəlik layihələr və proqramların həyata keçirilməsi,

İnsan resursları heyəti üçün kouçinq və təlimlər keçirilməsi

Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması.

Tələblər:

İnsan Resurslarının İdarə edilməsi, Biznesin İdarə edilməsi və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi

İR sahəsində ən az 5 il iş təcrübəsi (rəhbər vəzifəsində ən az 3 il təcrübə)

Turnover yüksək olan şirkətlərdə təcrübə (Restoran, restoran şəbəkəsi sferasında təcrübə üstünlükdür)

İşə qəbul, İstedadların idarə edilməsi, təlim və inkişaf istiqamətlərində təcrübə və bacarıqların olması vacibdir

Təcrübəli, eyni zamanda öyrənməyə və inkişafa açıq

Analitik və "out of box" düşüncə tərzi

Gənclərlə iş və onların inkişafı ilə bağlı təcrübəyə malik olmaq

İş şəraiti:

• Əmək haqqı: 2500-3000 azn

• Nahar şirkət tərəfindən təmin olunur

Müraciət üçün CV-nizi, vakansiyanın adını qeyd etməklə, [email protected] email ünvanına göndərə bilərsiniz.