Show

27 İyul

“Rabitəbank" VAKANSİYA elan edir

Rabitabank universal işçi (Şəmkir, Gəncə, Lənkəran, Ağsu, Şirvan və Kürdəmir) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifələri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən Fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
Bankın tələblərinə uyğun olan  müştəriləri banka cəlb edilməsini təmin etmək;
İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;
Müştərinin maliyyə analizini həyata keçirmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;

Namizədə olan tələblər:         

Ali təhsil (iqtisadi olması arzuolunandır);
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
Analitik düşünmə qabiliyyəti;
Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10.08.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “filialın adı qeyd olunaraq Universal işçi” yazmağınız xahiş olunur.  

Əlaqə vasitələri:
E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33