Show

26 İyul

HRcell şirkəti VAKANSİYA elan edir

"HRcell" MMC şirkəti Database Administrator vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri

  • Verilənlər bazasının idarə edilməsi (fəaliyyət, biznes davamlılığı, verilənlərin qorunması).
  • Verilənlər bazasının parametrləri üçün optimal dəyərlər hesablayaraq verilənlər bazasının fəaliyyətini saxlamaq, xidmət tələblərini tamamlamaq.
  • Müxtəlif platformalarda verilənlər bazası üçün saxlama, bərpa, “HA” prosedurları və funksiyaları hazırlamaq, həyata keçirmək və saxlamaq (“Windows”, “Linux/Unix”, və s.)
  • Verilənlər bazası sistemlərinin yenilməsi, işinin dayanması və fəaliyyəti ilə bağlı problemləri həll etmək.
  • Rəhbərliyə uzun müddətli planlar, inkişaf və davamlı nəzarət prosesləri ilə bağlı məsləhət vermək.
  • Hadisələrə davamlı reaksiya təcrübəsini tətbiq etmək və müzakirələr aparmaq.
  • Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərini analiz etmək.
  • Bütün hadisələrin və xidmət tələblərinin ixtisaslaşdırılmış araşdırması və diaqnostikasını təmin etmək. Problemlərin təyini və həll yollarının istifadəçilərlə təsdiq etmək və təyinatı üzrə problemləri həll etmək. Mühüm problemlər haqda hadisə və ya problemlər üzrə meneceri məlumatlandırmaq.
  • Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
  • Şirkətin Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
  • Şirkət tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarımillik və illik hədəflərə çatmaq.

Tələblər:

  • Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə bakalavr təhsili.
  • İş təcrübəsi: Minimum 5 il.
  • Lisenziya/ Sertifikat: “OCP” sertifikat tələb olunur, “OCM” sertifikata üstünlük verilir.
  • Xarici dillər: İngilis dili (yaxşı).
  • Kompüter bilikləri: Əlaqəli və əlaqəsiz verilənlər bazaları, “Windows” və “Linux OS”.
  • Məhsul bilikləri: “Oracle”, “SQL”, “NoSQL”, “PostgreSQL” üzrə dərin biliklər.
  • Bazar üzrə bilikləri: “SRE “və “DevOps” trendləri.
  • Analitik düşünmə bacarığı.
  • Təhlil etmək və problem həll etmək bacarığı.
  • Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşma bacarığı.
  • Komandada işləmək bacarığı.

əmək haqqı: 3000-5000 azn

Müraciət üçün CV-nizi, vakansiyanın adını qeyd etməklə, [email protected] email ünvanına göndərə bilərsiniz.