Bank Respublika sistem analitiki vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Ümumi vəzifə öhdəlikləri:
Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların tərtibi;
Proqram təminatının funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
Proqram təminatının daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətinə nəzarət;
Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
Daxili hesabatların hazırlanması və onların təhlili.
Namizədə qarşı tələblər:
Ali təhsil;
Bank kartları sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
Analitika sahəsi üzrə təcrübə;
MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
SQL bilikləri arzuolunandır;
API baza bilikləri arzuolunandır;
Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
Stressə davamlı, çalışqan və ünsiyyətcil;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə Sistem analitiki qeyd edərək 31 iyul 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.