Show

26 İyul

Kapital Bank VAKANSİYA elan edir

Kapital Bank təhlükəsizlik sistemləri şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

 

Fins.az-ın məlumatına görə,bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Öhdəliklər:

Departament direktorunun, direktor müavinin və şöbə rəisinin göstərişlərini yerinə yetirmək;
ATM-lərdə təhlükəsizlik sistemlərinin quraşdırılması prosesini təşkil etmək;
Təhlükəsizlik sistemlərinin mütəmadi monitorinqini həyata keçirmək;
Bankın ATM-ində quraşdırılmış təhlükəsizlik sistemlərinin işlək vəziyyətdə olmasını təmin etmək;
Təhlükəsizlik sistemlərində meydana gələn nasazlıqlarla bağlı daxil olan məlumatları araşdırmaq və aradan qaldırlmasını təmin etmək;
Təhlükəsizlik sistemlərinin fəaliyyəti ilə əlaqədar meydana glən problemlər barədə şöbə rəisinə məlumat vermək;
İş prosesində meydana çıxan digər işlərin görülməsini təmin etmək;
Məxfiçilik qaydalarına riayət etmək.

Tələblər:

Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti; rus və ingilis dili biliyi üstünlükdür;
Vətəndaş qüsursuzluğuna malik olmaq;
Məsuliyyətlilik, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Kollektivdə işləmə bacarığı;
Xidməti fəaliyyəti ilə bağlı məxfilik qaydalarına əməl etmək;
Təhlükəsizlik sistemləri ilə işləmə bacarığı
Ünsiyyətqurma və komandada işləmək bacarığı;
Təhlükəsizlik və nizam-intizam qaydalarına əməl etmək; 
Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməmək.
Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.