Show

25 İyul

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank məhsul sahibi (Issuing) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Korporativ kart məhsulları üzrə satışın həyata keçirilməsi, gəlirlərinin artırılmasında və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunmasında müştəri menecerlərinə satışla əlaqəli dəstəyin göstərilməsi
Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi, məhsul dövriyyəsinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi
Korporativ Kart məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi
“Hesab və ödəniş xidmətləri” məhsul xidmətlərinin davamlı inkişaf etdirilməsi üçün yerli bazara xas və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin göstərilməsi 
Məhsulun xüsusiyyətləri haqqında bilik və təcrübənin komanda daxilində bölüşülməsi
Potensial məhsul inkişafı üzrə biznes modelinin yaradılması, Yeni məhsulların hazırlanması və idarə edilməsi 
Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi
Məhsul üzrə formalaşa biləcək Risk, Audit və Komplayns pozulmalarına cavabdehdir
Funksional sahə lideri və Hesab və ödəniş xidmətləri üzrə lider tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Təyin olunduğu struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv qismində iştirak edərək Bankın təsdiq etdiyi şərtlərə uyğun olaraq müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək. (araşdırma aparmaq, səs vermək və s.) Qərarların qəbul edilməsi zamanı məsuliyyətini dərk edərək, komplayns siyasəti və etik davranış qaydalarının tələblərini nəzərə almaqla səs vermək. Bankın maraqlarını üstün tutmaq, Şəxsi maraqlarını hansısa formada üstün tutmamaq.
İştirak etdiyi qərarvermə səlahiyyətinə malik struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv olan hər bir əməkdaş tərəfindən əmək funksiyalarının və icra intizamının lazımı qaydada yerinə yetirilməsinə nəzarət etmək və hər hansı mənfi hal (komplayns siyasətinə, etik davranış qaydalarına, daxili qaydalara və qanunvericiliyə uyğun olmayan) ona məlum olduqda bu barədə aidiyyəti funksiyanı və ya yuxarı rəhbərini məlumatlandırmaq.

Sizdən nə tələb olunur?

Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
Tələb olunan iş təcrübəsi: 1-3 il
Xarici dillər: İngilis, Rus
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Bank məhsulları