Show

25 İyul

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank Məhsul Sahibi (Payments) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Hesab və ödəniş xidmətləri məhsulları üzrə gəlirlərinin artırılmasında və təyin edilmiş hədəflərə çatmağa nail olunmasında dəstəyin göstərilməsi
Agile məhsul yaradılma təcrübələri əsasında, Squad işinin təmin edilməsi, yeni məhsulların yaradılması
Pul köçürmələri üzrə bazar araşdırmaları edilməsi
B2B məhsullar yaradılması və mövcud ekosistemin genişləndirilməsi, yeni imkanların dəyərləndirilib icra edilməsi
Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi, məhsul dövriyyəsinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi
Hesab və ödəniş xidmətləri məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi
“Hesab və ödəniş xidmətləri” məhsul xidmətlərinin davamlı inkişaf etdirilməsi üçün yerli bazara xas və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin göstərilməsi
Nağd vəsaitlərin idarə edilməsini, korporativ məhsul xətlərinin formalaşdırılması və dəstəklənməsi 
Məhsulun xüsusiyyətləri haqqında bilik və təcrübənin komanda daxilində bölüşülməsi
Potensial məhsul inkişafı üzrə biznes modelinin yaradılması, Yeni məhsulların hazırlanması və idarə edilməsi 

Sizdən nə tələb olunur?

Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
Tələb olunan iş təcrübəsi: 1-3 il
Xarici dillər: İngilis, Rus
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Bank məhsulları