Show

24 İyul

“Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC İnformasiya Təhlükəsizliyi Departamentinin Təhlükəsizlik infrastrukturu şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • DLP sisteminin tətbiqi və idarə edilməsi;
  • Ehtiyat surətlərin yaradılması prosesinə nəzarət edilməsi;
  • Baş vermiş insidentlərin araşdırılması və təhlili;
  • İnformasiya təhlükəsizliyinə dair prosedur, siyasətlərin yazılması və test olunması;
  • İnformasiya təhlükəsizliyi standartlarının tətbiq olunması və onlara əməl edilməsinə nəzarət

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
  • Şəbəkə avandanlıqlarının (router, switch, access point, firewall və.s) əsas parametrlərinə dair biliklər;
  • DLP sistemlərinin işləmə mexanizmi barədə dərin biliklər;
  • Ehtiyat surətlərin yaradılması prosesi üzrə dərin biliklər;
  • Monitorinq sistemləri üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).
  • Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 avqust 2023-cü il tarixinədək email-in mövzu hissəsində Təhlükəsizlik infrastrukturu şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə namizədliyinizə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.