Show

24 İyul

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank balans hesabatının modelləşdirilməsi üzrə analitik vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Zaman sıraları üçün proqnozlaşdırma modellərinin hazırlanması (makroiqtisadi amillərin tətbiqi ilə);
Proqnozlaşdırma üçün istifadə olunan modellərin ilkin təsdiqi;
Proqnozlaşdırma səviyyəsinin arzuolunan dəqiqliyini təmin etmək məqsədilə modellərin müntəzəm şəkildə sınaqdan keçirilməsi və kalibrlənməsi;
Balans hesabatı modellərini tətbiq etməklə biznes xərclərinin/mənfəətin dəyərləndirilməsi;
Modellərin perspektiv likvidlik qiymətləndirilməsi çərçivəsinə daxil edilməsi;
Modellərin daxiletmə parametrləri üçün data tələblərinin yaradılması.

Sizdən nə tələb olunur?

Təhsil: riyaziyyat, texnologiya və ya iqtisadiyyat üzrə təhsil.
Təcrübə: müvafiq sahədə 2 il iş təcrübəsi.
Xarici dil: ingilis (yaxşı)
Kompüter bilikləri: "Microsoft Office" proqramları, Excel və VBA bilikləri.
Bazar biliyi: balans hesabatı riskləri də daxil olmaqla bank işi üzrə biliklər; ehtimal və statistika nəzəriyyəsi, ekonometrika və zaman sıralarının təhlili üzrə biliklər.
Digər: risklərin idarə edilməsi üzrə ümumi biliklər və güclü ünsiyyət bacarıqları.