Show

24 İyul

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank likvidliyin idarə edilməsi üzrə analitik vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Likvidlik əmsallarının proqnozlaşdırılması;
Sövdələşmələrin maliyyələşdirilməsi üzrə dəstək və maliyyələşdirmə limitlərinə nəzarət;
Nostro hesablarının gün ərzində idarə edilməsi;
Qısamüddətli cəlbetmə və ya sövdələşmələri maliyyələşdirməsi üçün tariflərin təyin edilməsi;
Likvidlik əmsallarına dair tənzimləyici hesabatların hazırlanması;
LCR və NSFR-in proqnozlaşdırılması və təhlili;
Pul vəsaitlərinin hərəkətinin proqnozlaşdırılması üçün riyazi modellərin işlənib hazırlanması;
Likvidlik riskinin stress testi və perspektiv likvidliyin hesablanması;
Likvidlik riskinin effektiv idarə edilməsi üçün daxili hesabatçılıq çərçivəsinin hazırlanması.

Sizdən nə tələb olunur?

Təhsil: riyaziyyat, texnologiya və ya iqtisadiyyat üzrə təhsil.
Təcrübə: müvafiq sahədə 2 il iş təcrübəsi.
Xarici dil: ingilis (yaxşı)
Kompüter bilikləri: "Microsoft Office" proqramları, Excel və VBA bilikləri.
Bazar biliyi: balans hesabatı riskləri də daxil olmaqla bank işi üzrə biliklər; ehtimal və statistika nəzəriyyəsi, ekonometrika və zaman sıralarının təhlili üzrə biliklər.
Digər: risklərin idarə edilməsi üzrə ümumi biliklər və güclü ünsiyyət bacarıqları.