Show

19 İyul

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank akvayrinq və rəqəmsal onboarding qrupunun kiçik mütəxəssisi (Müvəqqəti) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

Təsvir:

İnternet banking (yeni İB və FCDB) üzrə bankda mövcud olan bütün kanallardan daxil olan sorğuların icrası
İnternet Bank (yeni İB və FCDB) sorğularının vaxtında icrası üçün Bankın müvafiq strukturlarından məlumatların qəbul edilməsi.
İnternet Banking (yeni İB və FCDB)  servislərinə daxil olan sorğuların təhlil  edilməsi və seqmentə görə prioritet verilməsi.
Müştəri üzrə sorğuya əlavə edilmiş sənədlərin SOP-yə uyğun olaraq yoxlanılması.
Sənədlər toplusunda uyğunsuzluq aşkar edildikdə qarşı tərəfə daxili kanallar üzərindən bildiriş verilir.
İnternet Bank sistemində (yeni İB və FCDB) ərizəyə əsasən:
Yeni istifadəçilərin yaradılması
Hüquq və səlahiyyətlərin verilməsi
Hesabların qoşulması
İstifadəçi adı və şifrə ilə təmin edilməsi
Məlumatların yenilənməsi
Hüquqların ləğv edilməsi
Mütəmadi olaraq proseslərin analizi, optimizasiyası və idarə edilməsi, yaranan çətiniklərin aradan qaldırılması üçün müvafiq addımların yerinə yetirilməsi 
Bütün daxili müştərilərin, o cümlədən Biznes Mərkəzlər, Müştəri Menecerləri, Biznes Bloklar və s. sorğuların cavablandırılması

Tələblər:

Təhsil: Ali təhsil
Tələb olunan iş təcrübəsi: 1-2 il
Xarici dillər: Azərbaycan (səlis), Rus dili (səlis), İngilis dili (orta)
Kompüter bilikləri: Microsoft Office