Show

19 İyul

“Rabitəbank" VAKANSİYA elan edir

“Rabitəbank" ASC risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi /aparıcı mütəxəssisi
vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifələri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Kart əməliyyatları üzrə daxil olan şikayət, sorğuların araşdırılması və aidiyyatı üzrə cavablandırılması;
Mastercard,Visa beynəlxalq ödəniş sistemlərinin online sistemda risk bildirişlərinə nəzarət və müştərinin müvafiq qaydada məlumatlandırılması;
Etiraz (Chargeback) əməliyyatları üzrə prosesin müvafiq platformalarda aparılması;
Risklərin idarə edilməsi üçün daxili qaydalara və proseslərə müntəzəm baxışlar keçirmək və rəhbərliyə zəruri təkliflər vermək;
Beynəlxalq Ödəniş Sistemlərinin əməliyyat qaydalarına riayət etmək;
Dünyada baş verən kart üzrə fırıldaqçılıq, elektron dələduzluq və kibercinayət hallarını izləmək və bu sahədə təcrübəni toplamaq və tətbiq etmək;
Şöbə üzrə müvafiq aylıq hesabatların hazırlanması;

Vəzifəyə olan tələblər:

Ali təhsil;
Sahə üzrə minimal 1 illik iş təcrübəsi;
Yüksək ünsiyyətqurma qabiliyyəti və komanda tərkibində işləmə bacarığı;
Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus və  İngilis dili biliyi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03.08.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart əməliyyatları departamenti, Risklərin idarə olunması şöbəsinin mütəxəssisi və ya aparıcı mütəxəssisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:
Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33