Show

16 İyul

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank kiçik xəzinədar vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Daxil olmuş pulların sayılması;
Sənədlər əsasında nağd pul vəsaitlərinin inkasatorlara verilməsi və təhvil alınması;
Nağd pul vəsaitinin kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi;
ABS-də müxabirləşmələrin aparılması;
Şöbənin kassasında olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi;
Kassa əməliyyat sənədlərinin saxlanılması, günün sonu kassa dövriyyəsı haqqında sənədlərin çapı və bu sənədlərə əsasən Kassa əməliyyat sənədlərinin “Günün sənədləri” qovluğuna tikilmə;
Müştəridən gələn şikayət və təkliflər barədə aidiyyatı bolmələrə və ya birbaşa rəhbərinə məlumat verməsi;
Filialda yerləşən ATM, AVMQ və Bankın digər avadanlıqlarının boşaldılması və doldurulması;
Müştərinin müraciətinə və rəhbərinin göstərişi ilə əsasən inkassasiya briqadası ilə inkassasiyada iştirak etmək;
Avadanlıqların işlək vəziyyətdə olub-olmamasına nəzarət edilməsi.

Sizdən nə tələb olunur?

Təhsil: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi
Tələb olunan iş təcrübəsi: Xəzinə və ya Bank sahəsində 1 il
Xarici dillər: Rus dili (yaxşı), İnqilis dili (orta)
Kompüter bilikləri: Word, Excel, Outlook
Məhsul üzrə biliklər: Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi
Başqa tələblər: Mərkəzi bankın qaydaları, FlexCube