Show

12 İyul

Access Bank VAKANSİYA elan edir

Access Bank kiçik, orta və korporativ müştərilər üzrə analitik vəzifəsinə vakansiya elan edir. 

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

 

Təsvir:

Kiçik və Orta sahibkarlıq subyektlərinin kredit və qarantiya sifarişlərinin təhlili və qiymətləndirilməsi, rəyin formalaşdırılması;
Sifarişlərin Kredit Komitəsinə təqdim edilməsi və müdafiəsi;
Bankın müvafiq departamentləri və filialları ilə keyfiyyətli kooperasiyanın təşkil edilməsi, yaranan sorğuların emal edilməsi və cavablandırılması;
Bankdaxili təlimatlar çərçivəsində qaydalara riayət olunması;
Departamentin digər funksiyalarından irəli gələn vəzifələrin icra edilməsi;
Rəhbərlik tərəfindən qoyulan tapşırıqların yerinə yetirilməsi;
Zəruri olduqda bankın digər (o cümlədən, regional) filiallarına getmək imkanı.

Tələblər:

Ali iqtisadi təhsil;
Maliyyə təhlili, monitorinq bilikləri və bank qanunvericiliyi ilə bağlı biliklər;
Sahə üzrə minimum bir il iş təcrübəsi;
Analitik düşüncə və ünsiyyət qurma qabiliyyəti;
Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dilini bilmək üstünlük hesab edilir);
MS-Office (Excel, Word, PowerPoint, Visio) proqramları və elektron poçtla sərbəst işləmək bacarığı.