Show

12 İyul

“Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək departamentinin Proqram təminatları şöbəsinə Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.Ümumi vəzifə öhdəlikləri:

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın şəbəkə monitorinqi və nəzarət olunması infrastrukturunun sazlanması, idarə olunması, sənədləşdirilməsi, mütəmadi yenilənməsi;
  • Bankın şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmaların aparılması;
  • Bankın şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılmasında iştirak;
  • Şəbəkənin planlaşdırılması və optimizasiya edilməsi;
  • Switch, router, firewall avadanlıqlarının quraşdırılması və sazlanması;
  • Şəbəkə dayanıqlılığını təmin etmək üçün tədbirlərinin görülməsi;
  • Ayrılmış İP- ünvanların vaxtında qeydiyyata alınması;
  • L2-L3 şəbəkə təhlükəsizliyin təmin edilməsi (PortSecurity, ARP İnspection, DHCP Snooping, Port ACLs (PACLs) və s)
  • Router, Switch və Firewall-ların təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 2 (iki) il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili - əla, ingilis dili - yaxşı, rus dili arzuolunandır.
  • LAN/WAN, VPN texnologiyaları üzrə biliklər
  • Korporativ şəbəkənin iş prinsipləri üzrə biliklər
  • Wireless şəbəkəsi ilə iş təcrübəsi (Cisco WLC və s.)
  • Şəbəkədə yaranan problemlərin həlli və diaqnostikası
  • L2 və L3 topologiyalarını planlamaq və həyata keçirmək
  • Cisco Systems sertifikaları (CCNA)
  • Static və Dynamic routing protokolları ilə işləmək bacarığı (EIGRP, OSPF , BGP )
  • Təhlükəsiz şəbəkə girişinin idarəedilməsinin təmin edilməsi üçün ISE (Identity Services Engine) və TACAS, RADİUS kimi protokollar ilə işləmək bacarığı
  • Müxtəlif monitoring proqramları (PRTG, Zabbix və s.) üzrə nəzəri və praktiki biliklər.
  •  

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 iyul 2023-ci il tarixinədək email-in mövzu hissəsində Şəbəkə inzibatçısı qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.