Show

11 İyul

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Service Desk vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həlli;
Telefon və İM vasitəsilə texniki dəstək mərkəzinə daxil olan işlə bağlı bütün sorğuların qeydiyyatının aparılması;
Əməkdaşlara verilən bütün İT avadanlıqlarının qeydiyyatının aparılması;
Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan işlə əlaqəli sorğulara baxılmasının prioritetləşdirilməsi;
Service Desk vasitəsi ilə qeydiyyata alınan, lakin Son istifadəçilərə dəstək qrupuna aid olmayan sorğuların vaxtında Help Desk qrupuna yönləndirilməsi;
Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə məsləhətlərin verilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası

Sizdən nə tələb olunur?

Təhsil: informasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
Təcrübə: müvafiq sahə üzrə minimum 0-1 il iş təcrübəsi.
Xarici dil: ingilis və ya rus dili bilikləri arzuolunandır.
Kompüter bilikləri: "Microsoft OS" və Microsoft Office" proqramları üzrə biliklər.
Məhsul biliyi: texniki dəstək sistemi.
Bazar biliyi: inzibati / texniki dəstək üzrə təcrübə. 
Digər: yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratma bacarığı.