Show

11 İyul

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank Korporativ İdarəetmə və Hesabatlıq üzrə Mütəxəssis / Baş Mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının təşkil edilməsi, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi;
Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına lazımi qaydada və vaxtı-vaxtında inzibati dəstəyin göstərilməsi, qərarlarının bankın müvafiq normativ tələblərinə uyğun olaraq qəbul olunmasına nəzarət;
İdarəetmə orqanları və komitələrin müzakirəsinə çıxarılmış məsələlərin müvafiq orqanın qərar vermə səlahiyyəti və limitinə uyğunluğuna nəzarət;
Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət, müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması üzrə qərarın verilməsi;
Katibi olduğu iclasların/komitələrin qərarlarının çıxarışlarının verilmiş qərara uyğun hazırlanması, imzalanması və icraya yönəldilməsi;
İclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarət və nəticələr haqqında məlumatların qərarı qəbul etmiş müvafiq qurumlara vaxtında təqdim olunması;
Mütəmadi olaraq qərarlar üzrə statistik məlumatların yığılması və tələb olunan hesabatların hazırlanması;
Bankın katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə rəhbərə yardım edilməsi;
Bankın korporativ idarəetmə strukturunun fəaliyyətinin əsasını təşkil edən sənədlərin (siyasət, əsasnamə və s.) hazırlanması və təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi;
Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədləri idarə etmək və qanunvericiliyə uyğunluğunu izləməklə sənədlərə mütəmadi dəyişikliklərin edilməsi;
Korporativ idarəetmə üzrə risklərin aşkarlanmasında və idarə edilməsində fəal iştirak.

Sizdən nə tələb olunur?

Təhsil: hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr təhsili.
Təcrübə: 2-3 il.
Xarici dil: ingilis və rus dili biliyi arzu ediləndir.
Kompüter bilikləri: "Microsoft Office" proqramları.
Məhsul üzrə biliklər: kredit, sənədli əməliyyat, faktorinq
Lisenziya / sertifikat: korporativ İdarəetmə istiqaməti üzrə sertifikatın olması arzu ediləndir.