Show

10 İyul

Access Bank VAKANSİYA elan edir

Access Bank kredit riskləri üzrə assistent/kiçik analitik vəzifəsinə vakansiya elan edir. 

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

 

Təsvir:

Kredit risklərinin təhlili və lazımı hesabatların aparılması;
Yerli tələblərə və IFRS 9-a standartlarına əsasən ehtiyatların hesablanması;
Gündəlik, aylıq və rüblük portfel analizinin hazırlanması;
Müxtəlif seqmentlər üzrə kredit portfelinin təhlili, vintaj təhlili, miqrasiya matrisi.

Tələblər:

Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
Maliyyə hesabatlarını başa düşmək;
Analitik bacarıqlar və məntiqi nəticələr əldə etmək üçün verilənlər bazasını şərh etmək bacarığı;
Statistika və ekonometrika üzrə biliklər arzuolunandır;
SQL, Python və ya R bacarıqları arzuolunandır;
Azərbaycan və İngilis dilləri.