Show

07 İyul

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank fərdi müştərilərə dəstək üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Xarici və daxili müştərilərdən daxil olan zənglərə 7/24 iş qrafika əsasən cavab verilməsi, Müştəriləri Bankın xidmətləri, məhsulları və tarifləri barədə prosedurlara əsasən məlumatlandırılıması;
Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə əməliyyatların icra edilməsi;
Şikayət və təkliflər ilə iş: hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa mütləq olaraq qeydiyyatının düzgün kategoriyalarda aparılması, geydiyyatının *açıq* statusunda olarkən izlənilməsi və müştərilərə vaxtında cavabın təqdim edilməsi;
Gecə saatlarında Şübhəli Əməliyyatlarının idarə edilməsi;
Qeyri-iş saatlarında və bayram günlərində KOS və Korporativ müştərilərə dəstəyin göstərilməsi;
Müvafiq Bank proqramı vasitəsi ilə real vaxt rejimində Bank-ın məhsul və xidmətlərdə yaranan ümumi problemlərin nəzarəti və müştərilərin məlumatlandırması;
Müxtəlif alternativ kanallar vasitəsilə daxil olan müştərilərin və bank əməkdaşlarının sorğularının idarə edilməsi (müştərilər üçün nəzərdə tutulmuş elektron ünvanı , Sosial mediya-dan daxil olan sorğular və s.) , Bankın bütün strukturlarına dəstəyin göstərilməsi (daxil olan sorğularının araşdırılması, gedən zənglər, sorğular);
Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməs;
Müştərilərə müxtəlif kanallar vasitəsi ilə (SMS, EMAİL, PUSH, FCDB) məlumatlandırmaların icra edilməsi;
Müvafiq Bank proqram vasitəsilə müştəri sorğularının təyin edilmiş vaxt çərçivəsində icra edilməsi;
Məhsul, xidmət və kampaniyalar barədə məlumatları Bankın “Məlumat Mərkəzi” (FAQ) vasitəsilə gündəlik əsasda mənimsəməsi;
Yeni işçilərə təlimlərin keçirilməsində, mütəmadı olaraq yeni məhsul , xidmət və ya kampaniya ilə bağlı təlimlərin təşkil edilməsi.

Sizdən nə tələb olunur?

Təhsil: orta və ya İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-2 il 
Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
Kompüter bilikləri: Microsoft Office (excel, world)
Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, , Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Korporativ bankçılıq məhsulları
Başqa tələblər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı