Show

06 İyul

“Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC Maliyyə institutları ilə hesablaşmalar şöbəsinin mütəxəssisi-aparıcı-baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Maliyyə institutları ilə bağlanan müqavilə, əqdlər və aparılan əməliyyatların bank əməliyyat sisteminə işlənməsi, müvafiq uçot hesablarının açılması, uçotun doğruluğuna nəzarət, əməliyyatlar bitdikdə müvafiq prosedurların icra edilməsi;
  • Maliyyə institutları ilə bağlanan müqavilə, əqdləri və aparılan əməliyyatları müşayiət edən ödəniş və hesablaşmaların icra edilməsi;
  • Maliyyə institutları ilə bağlanan müqavilə, əqdlər və əməliyyatların reyestrinin aparılması, dəyişikliklərin təqib edilməsi;
  • Maliyyə institutları ilə bağlanan müqavilə, əqdlər və əməliyyatlar üzrə bankın öhdəliklərinin vaxtında və tam məbləğdə icra olunmasını təmin etmək və bu prosesə birbaşa nəzarətin həyata keçirilməsi;
  • Fondlar tərəfindən maliyyələşdirilən kreditlər üzrə öhdəliklərin yaradılması və bu kreditlər üzrə ödənişlərin icrası;
  • Fondlar tərəfindən maliyyələşdirilən kreditlər üzrə portfelin aparılması, nəzarəti və müvafiq sənədləşmənin icrası;
  • Fondlar tərəfindən maliyyələşdirilən kreditlər üzrə rüblük və illik hesabatların hazırlanması və audit tərəfindən tələb olunan müvafiq sənədlərin təqdim olunması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
  • Analitik qabiliyyətlər;
  • Bank və hesablaşma-ödəmə sistemlərində işləmək bacarığı üstünlükdür;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyul 2023-cü il tarixinədək, email-in mövzu hissəsində Maliyyə institutları ilə hesablaşmalar şöbəsinin mütəxəssisi-aparıcı-baş mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.