Show

03 İyul

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank marketinq üzrə assistent vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Müştərilərə bir başa, telefon, e-mail və digər elektron vasitələrlə müvafiq məlumatlarının düzgün çatdırılması (məhsul şərtlərindəki yeniliklər, kampaniyalar və s.)
PAŞA Bank həm daxili həm də xarici əlaqələr üzrə işlənib hazırlanmış kommunikasiya planlarının, həyata keçirilməsinə köməklik göstərmək, o cümlədən tədbirlərin, görüşlərin və s.-in təşkil edilməsi zamanı logistik dəstək təmin etmək.   
Satınalma sifarişlərinin hazırlanması, və satınalmalar və ödənişlərə nəzarət edilməsi və müvafiq uçotun aparılması (o cümlədən müvafiq prosedurlara uyğun olaraq fakturaların və digər əlavə sənədlərin surətlərinin qeydə alınması) 
İnzibati şöbə ilə birlikdə anbardakı Departamentin reklam materiallarına nəzarət edilməsi  
Foto və video çəkilişlərin təşkilinə kömək etmək (iştirakın təşkili və nəzarət) 

Sizdən nə tələb olunur?

Təhsil: Marketinq və ya digər müvafiq sahə üzrə bakalavr təhsili 
İş təcrübəsi: Ən az 1 il iş təcrübəsi arzu olunandır
Xarici dil bilikləri: İngilis dili (sərbəst), Rus dili (arzu olunandır)
Kompüter bilikləri: MS Office
Digər: Yüksək təşkilatçılıq qabiliyyəti, kiçik detallara diqqətlə yanaşma, kommunikasiya və danışıq bacarıqları, yenilikçi düşüncə tərzi və özünüinkişaf, yaradıcı, sərbəst iş qrafiki üzrə işləmək və işlədiyi heyətə dəstək olmaq.