Show

25 İyun

PASHA Holding VAKANSİYA elan edir

PASHA  Holding informasiya təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşin təsviri:

Korporativ Mərkəzə aid məxfi informasiyanın məxfiliyi, bütövlüyü və əlçatanlığını təmin etmək;
Kiber təhdidlər və pozuntular qarşısında rəqəmsal dayanıqlığın artırılmasını və biznesin davamlılığını təmin etmək;
İnformasiya sistemlərini və məlumatları icazəsiz girişdən, informasiya sızmasından qoruyan nəzarət vasitələri tətbiq etmək;
Potensial təhlükəsizlik risklərini müəyyən etmək və onların aradan qaldırılması üçün tövsiyələr vermək üçün informasiya təhlükəsizliyini mütəmadi olaraq qiymətləndirmək və təhdidlərin modelləşdirilməsi üzrə təlim-məşqlər keçirmək;
Təhlükəsizlik insidentlərinə, məlumatların sızması hallarına və kiberhücumlara qarşı vaxtında və effektiv cavab tədbirləri həyata keçirmək üçün insidentlərə qarşı cavab tədbirləri planlarını və prosedurlarını təmin etmək;
Layihələr, məhsullar və xidmətlər ilə əlaqədar informasiya təhlükəsizliyi siyasətləri, prosedurları, təlimatları və tələblərinin hazırlanması və təmin edilməsində iştirak etmək;
Müəssisənin informasiya təhlükəsizliyi barədə məlumatlılığın artırılması proqramını təmin etmək və dəstəkləmək;
Mütəmadi olaraq və sorğu əsasında İnformasiya təhlükəsizliyi barədə hesabatlar təqdim etmək, Korporativ Mərkəz üzrə əsas fəaliyyət göstəricilərinin monitorinqini aparmaq;
Təhlükəsizlik tələblərinin və nəzarət vasitələrinin rəqəmsal transformasiya təşəbbüslərinə və yeni texnologiyaların tətbiqinə inteqrasiyasını təmin etmək üçün biznes bölümlərinə və layihə qruplarına texniki məsləhətlər və dəstək vermək;
Təhlükəsizliklə əlaqədar lazımi nəzarət vasitələrini/tədbirlərini təmin etmək üçün İT komandası, kənar xidmət təminatçıları və məsləhətçilər ilə sıx əməkdaşlıq etmək;
İnformasiya təhlükəsizliyi və İT sahəsində hüquqi və normativ tələbləri anlamaq və müvafiq qaydada çatdırılmasını təmin etmək;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

İnformasiya təhlükəsizliyi, İnformatika, Kompüter elmləri, İnformasiya sistemlərinin idarə edilməsi üzrə müvafiq akademik ixtisas, ali təhsil;
İnformasiya təhlükəsizliyi və İT sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi;
Əməliyyat sistemləri, Microsoft AD, şəbəkələr, şəbəkə mühafizəsi sistemləri, bulud təhlükəsizliyi, məlumatların məxfiliyi, virtuallaşdırma, təhlükəsizliyə nəzarət vasitələri haqqında münasib anlayışın olması. DLP, MDM həlləri üzrə biliklərin olması əlavə üstünlük sayılır;
ISO 27k seriyası, NIST CSF, COBIT, PCI DSS və s. kimi informasiya təhlükəsizliyi standartları və qaydaları haqqında anlayışın olması;
İnformasiya sistemləri ilə əlaqədar konsepsiyalar, o cümlədən məntiqi və fiziki giriş təhlükəsizliyi, dəyişikliklərin idarə edilməsi, informasiya təhlükəsizliyi və məxfilik, biznesin bərpası metodları və şəbəkə texnologiyaları kimi təhlükəsizlik və nəzarət riskləri haqqında anlayışın olması;
CompTia Security+ və ya digər müvafiq təhlükəsizlik sertifikatı və ya konkret tədarükçünün təhlükəsizlik sertifikatının olması əlavə üstünlük sayılır;
Maliyyə sektoru haqqında biliklərin olması əlavə üstünlük sayılır;
Əminliklə yazılı və şifahi ünsiyyət bacarıqları, həmçinin texniki informasiyanı həm texniki, həm də qeyri-texniki auditoriyaya təqdim etmək bacarığı

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

CV e-mail ünvanına göndərilməlidir;
Mövzu sətrində “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis” qeyd olunmalıdır;
CV-lər 25 iyul, 2023-cü il tarixinə qədər göndərilməlidir.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.