Show

24 İyun

PASHA Holding VAKANSİYA elan edir

PASHA  Holding innovasiyalar üzrə analitik vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşin təsviri:

Bazarların təhlil edilməsi və tendensiyaların müəyyən edilməsi:

Yeni tendensiyaları, imkanları və potensial riskləri müəyyən etmək üçün hərtərəfli bazar araşdırması aparmaq.
Bazar hesabatları, sənaye nəşrləri və müştəri sorğuları daxil olmaqla müxtəlif mənbələrdən məlumatlar toplamaq və təhlil etmək.
Əsas bazar seqmentlərini müəyyən etmək, bazar potensialını və rəqabət mühitini qiymətləndirmək.
Potensial biznes imkanlarını və ya riskləri müəyyən etmək üçün bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini və normativ dəyişiklikləri izləmək.
Fəaliyyət sahələrimizə aid olan ən son tendensiyalar, innovasiyalar və texnoloji nailiyyətlərdən xəbərdar olmaq.
Fəaliyyət göstərdiyimiz sənaye sahələrinin ahəngini pozmaq və ya yenidən formalaşdırmaq potensialı olan yeni tendensiyaları müəyyən və təhlil etmək.
Yeni tendensiya və texnologiyaların tətbiqinin mümkünlüyünü və potensial nəticələrini qiymətləndirmək üçün müxtəlif funksiyaların təmsil olunduğu komandalarla əməkdaşlıq etmək.
Biznes təhlili və müəssisələrin kompleks yoxlanması:

Biznes problemləri və imkanlarını müəyyən etmək üçün daxili maraqlı tərəflərlə əməkdaşlıq etmək.
Təkmilləşdirmə və optimallaşdırma sahələrini müəyyən etmək üçün biznes proseslərinin, sistemlərin və iş proseslərinin ətraflı təhlilinin aparılmasında komandaya dəstək vermək.
Biznes effektivliyini ölçmək və inkişaf sahələrini müəyyən etmək üçün əsas fəaliyyət göstəricilərinin (ƏFG) və nəzarət göstəricilərinin təhlil edilməsində komandaya dəstək vermək.
Potensial biznes tərəfdaşları, müəssisələrə investisiya imkanları və satınalma hədəflərinin təhlil edilməsi və kompleks yoxlanmasının aparılmasında komandaya dəstək vermək.
Strateji uyğunluğu və maliyyə dayanıqlığını qiymətləndirmək üçün maliyyə hesabatlarını, bazar mövqeyi barədə məlumatları və digər müvafiq informasiyanı toplamaq və təhlil etmək.
Qərar qəbuletmə proseslərinə dəstək vermək üçün analitik məlumat və tövsiyələr təqdim etməklə müəssisələrin kompleks yoxlanmasına dair hesabatlarının hazırlanmasında komandaya dəstək vermək.

İnnovasiya kəşfiyyatı və hesabatlılıq:

İnnovasiya tendensiyaları, bazar imkanları və rəqiblərin fəaliyyətinin təhlili haqqında müntəzəm hesabatlar tərtib etmək üçün müxtəlif mənbələrdən məlumatları toplamaq, təhlil və sintez etmək.
Əldə edilmiş nəticələri və tövsiyələri maraqlı tərəflərə çatdırmaq üçün qısa və dolğun hesabatlar, təqdimatlar və vizualizasiyalar hazırlamaq.
Potensial innovasiya təşəbbüslərini müəyyən etmək və toplanmış məlumatlara əsaslanaraq həyata keçirilə bilən strategiyalar hazırlamaq üçün daxili komandalarla əməkdaşlıq etmək.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
Biznes, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi. 
Bazar araşdırması, tendensiyaların təhlil edilməsi, kompleks yoxlama və ya əlaqəli rollarda sübut edilmiş təcrübə.
İnvestisiyalar, biznes analitika və strategiya sahəsində əvvəlki təcrübənin olması. 
Güclü analitik bacarıqlar, habelə böyük məlumat toplularını toplamaq, təşkil, təhlil və şərh etmək bacarığı.
Bazar araşdırması alətləri, məlumat bazası və analitik proqram təminatından istifadə etmək bacarığı.
Əla yazılı və şifahi ünsiyyət bacarıqları, mürəkkəb məlumatları aydın və yığcam şəkildə təqdim etmək bacarığı.
Təfərrüat yönümlü düşüncə tərzi, habelə tapşırıqları prioritetləşdirmək və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı.
Güclü problem həll etmə və tənqidi düşünmə bacarığı.
Əməkdaşlıq və komanda yönümlü yanaşma, habelə müxtəlif funksiyaların təmsil olunduğu komandalarda effektiv işləmək bacarığı.
Dil biliyi: Azərbaycan, İngilis, Rus dilləri – tam peşəkar səviyyədə. Türk dilini bilmək əlavə üstünlük hesab olunur. 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: 

PAŞA Holdinqin rəsmi veb səhifəsi vasitəsilə anket forması doldurulmalı və ya mövzu sətrində “Bazar və Müəssisələr üzrə Analitik (İnnovasiyalar istiqaməti)” qeyd olunmaqla [email protected]  ünvanına CV göndərilməlidir;
Müraciətlər 24 iyul 2023-cü il tarixinə qədər qəbul edilir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəkdir.