Show

24 İyun

Express Bank VAKANSİYA elan edib

Express bank texniki dəstək şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Şirkətə məxsus kompüter və printer avadanlıqlarının fəaliyyətini təmin etmək və avadanlıqlarda baş vermiş nasazlıqları yerində həll etmək;
Yeni İT infrastrukturunun və avadanlıqlarının inkişaf etdirilməsində və onların təminatında iştirak etmək;
Kompüter şəbəkələrinin monitorinqini aparmaq və şəbəkələrdə yaranmış nasazlıqları aradan qaldırmaq;
Program təminatında texniki probemləri aradan qaldırmaq;
LAN, WAN, WiFi şəbəkələrinin işini dəstək səviyyəsində təmin etmək;
“Hardware” və “Software” sistemlərini quraşdırmaq;
Daxili layihələrin idarə edilməsi;
Texniki sənədlərin yazılması;
Yeni texnologiyaların öyrənilməsi və tətbiq.
Bizim üstünlüklərimiz:
Tibbi sığorta;
Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
Professional və maddi inkişaf perspektivləri;
Peşəkar korporativ mühitdə işləmək imkanı.

Tələblər:

Dil bilikləri: Azərbaycan ,Rus dillərini əla, İngilis dilini orta səviyyədə bilməli;
Windows 8.1 - 10 əməliyyat sistemləri ilə işləmək bacarığı;
Punktuallıq və ünsiyyətcillik;
Dəqiqlik və detallara diqqət yetirmək bacarığı;
Məqsədyönlülük;
TCP/IP və OSI modelləri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri, VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange 2010/2012 haqqında fundamental biliklər;
Korporativ yazışma bacarığı, prosedur qaydalarına riayət;
CompTIA (A+) sertifikatı olan namizədlərə üstünlük veriləcək.