Show

23 İyun

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home" daxili kommunikasiyalar və işçi bağlılığı üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Şirkətdaxili strateji kommunikasiya planlarının qurulmasına dəstək;
Sorğuların nəticələrinə əsasən tədbirlər planının hazırlanmasında iştirak edilməsi;
Yeni qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin həyata keçirilməsinə dəstək göstərilməsi;
İşçi bağlılığının artırılması istiqamətində təkliflərin hazırlanması;
Tədbirlərin təşkilində iştirak edilməsi;
İşəgötürən brendinin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi.

Tələblər:

Ali təhsil (Sosial elmlər üzrə olması arzuolunandır)
Müvafiq sahədə 2-3 il təcrübə
Yüksək səviyyədə azərbaycan dili bilikləri (şifahi və yazılı), yaxşı səviyyədə rus və ingilis dili biliyi;
Yüksək səviyyədə kommunikasiya qurmaq bacarıqları;
Təşkilatçılıq və idarəetmə bacarıqları;
Qeyri iş saatlarında tədbirlərin təşkil edilməsi və Regionlara səfər etmə imkanı.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.