Show

23 İyun

TuranBank VAKANSİYA elan edir

"TuranBank" istehlak kreditləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı/baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Şəhər: Bakı, Ağcabədi, Göyçay, Qazax, Tovuz, Ağstafa, Zaqatala, Sumqayıt, Xırdalan,  Xaçmaz. Gəncə, Cəlilabad

Vəzifəyə olan tələblər:

Ali təhsil (İqtisadiyyat və İdarəetmə sahəsi üzrə təhsil arzuolunandır);
Yaş həddi: 21-30
MS office (Word, Excel) proqramları ilə işləmək bacarığı
Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus dili və ingilis dili arzuolunandır);
Yaradıcı və analitik düşüncə tərzi, ünsiyyətqurma və komandada işləmək bacarığı;
Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;

Vəzifə öhdəlikləri:

Qoyulmuş satış hədəflərinin icrası;
Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
Kredit müraciətlərinin rəsmiləşdirilməsinin təmin edilməsi;
Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək
Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;

Bu iş sizə nə qazandıracaq:

Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Istehlak kreditləri” yazmağı unutmayın.