Show

22 İyun

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home"  sayım üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması;
İş planına əsasən anbarlarda fiziki şəkildə sayımın həyata keçirilməsi;
Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması;
Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması;
Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması;
Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaratmamalı;
Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi;
Hazırlanmış check list əsasında anbar ərazilərinin auditini həyata keçirmək;
Əlaqəli şöbələrlər məlumat və sənəd mübadiləsinin təşkili;
Yeni cəlb olunmuş əməkdaşların adaptasiya və təlim işinin təşkil edilməsi;
İş prosesinin sürətlənməsi və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində yeni təkliflərin hazırlanıb rəhbərliyə təqdim olunması;
Şöbə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.

Tələblər:

Ali təhsil (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır);
Audit sahəsi üzrə nəzəri və praktiki biliklər;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri arzuolunandır;
MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişlərinin olması;
Riyazi, məntiqi biliklər;
Analitik düşünmə, təhliletmə qabiliyyəti;
Komanda ilə işləmə bacarığı;
Sərbəst qərar verə bilmə bacarığı.
İş şəraiti:
İş qrafiki: I-V günlər