Show

19 İyun

“Rabitəbank" VAKANSİYA elan edir

“Rabitəbank" ASC bank sistemlərinin təhlükəsizliyi şöbəsinə mütəxəssis vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifələri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

İnsidentlərin aşkarlanması və analiz olunması
Mövcud servislərin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi;
İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət;
Fövqaladə hallarda imformasiya sistemləri üzrə fəaliyyətin davamlılığı, prosedurlara nəzarət etmək;
Bankda İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tətbiq  edilməsini həyata keçirmək;
İT təhlükəsizlik nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq;
İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsində iştirak;
İT infrastrukturu obyektlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;
İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların tədqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi;
Əməkdaşların informasiya təhlükəsizliyi tələbləri ilə tanış olması üçün təlimlərin keçirilməsi;
Elektron imzaların tənzimlənməsini həyata keçirmək;

Vəzifəyə olan tələblər:

Ali təhsil;
İnformasiya təhlükəsizliyi sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
Endpoint Security və Embedded Systems Security üzrə biliklər;
Active Directory, DNS, WSUS, DHCP, GPO üzrə biliklərə sahib;
DLP, SIEM, IDS/IPS, E-mail Security, Web Application Firewall (F5, Imperva) üzrə biliklər;
Vulnerability Scanners (Nessus, Rapid7, Openvas) üzrə biliklər;
Verilənlər bazası, web servislər  və kod təhlükəsizliyi üzrə təməl biliklərin olması;
Şəbəkə təhlükəsizliyi üzrə anlayışların və biliklərin olması;
İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı və nəticə üzrə işin planlanmasını təmin etmək;
Linux ƏS üzrə biliklər;
Təhlükəsizlik üzrə sənədləşmə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması bacarığı;
Təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı olması;
Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
Ünsiyyətqurma və komandada işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05.07.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bank Sistemlərinin Təhlükəsizliyi şöbəsinə mütəxəssis”  göstərməyiniz xahiş olunur.