Show

16 İyun

Azericard VAKANSİYA elan edir

"Azericard" layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhtəlikləri və tələblər təqdim olunub.

Vəzifə öhdəlikləri:

Layihə ilə bağlı məlumatları toplamaq, strukturlaşdırmaq, təhlil etmək və planlaşdırmaq üçün nəzərdə tutulan alətlərdən istifadə etmək;
Layihə üzvlərini müvafiq inzibati prosedurlar üzrə dəstəkləmək və işin düzgün icrasını təmin etmək;
Təyin olunmuş tapşırıqları yerinə yetirmək üçün komanda üzvlərinə dəstək göstərmək və müvafiq məlumatları idarə etmə panelində yerləşdirmək;
İnzibati işləri təşkil etmək və texniki iş axınını təmin etmək, hesabatların hazırlanması və layihənin icrasını təmin etmək;
Texniki sənədlərin və proseslərinin layihə tələblərinə və daxili iş tərzinə uyğun olmasını təmin edərək daxili sənədləşdirmə alətlərində məlumatların yenilənməsi və saxlanılmasını təmin etmək;
Layihədə iştirak edən xidmət təchizatçılarına texniki və digər sənədlərinin vaxtında çatdırılmasına nəzarət etmək;
Partnyorların tələblərinə uyğun iş axınının hazırlanmasında fəal iştirak etmək ;
Öz səlahiyyətinə, təcrübə sahəsinə və bacarığına uyğun olaraq vaxtında və səmərəli qərar qəbul etmək.

Vəzifəyə olan tələblər:

Ali təhsil.
Minimum 2 il iş təcrübəsi.
Sənədlərlə işləmə təcrübəsi.
İdarəetmə sahəsində təcrübəsi.
Komandada işləmək bacarığı.
İngilis, rus dilləri (arzuolunandır). 
Beynəlxalq təşkilatlarda və ya Bank sektorunda təcrübə arzuolunandır.
Namizədlərdən CV-lərini “Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis” mövzusu ilə göndərmək xahiş olunur.