Show

14 İyun

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank təşkilati risklərin İdarə edilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanması
Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi
Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsi
Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi
Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi
Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdilməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması
Dövri hesabatlığın hazırlanması

Sizdən nə tələb olunur?

Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
İş təcrübəsi: Risk, audit, daxili nəzarət və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
Lisenziya/ Sertifikat: CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) və FRM (Maliyyə Risklərinin İdarə Edilməsi) üzrə sertifikata üstünlük verilir
Xarici dil: İngilis dili (səlis)
Kompüter bilikləri: Microsoft Office