Show

13 İyun

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home" kassir (İsmayıllı) vəzifəsinə vakansiya elan edir.

Fns.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Təsvir:

Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi.

Tələblər:

Ali təhsil;
Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
Microsoft Office programları üzrə biliklərə malik olmalı;
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.