Show

08 İyun

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank biznes sistemləri üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?
Biznes sistemlərinin tətbiqi ilə bağlı layihələrin icrası, biznes və texniki tələblərin hazırlanması 
Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığını həyata keçirmək (patçların və yeniləmələrin quraşdırılması, monitorinqi və s.)
Qəbul edilmiş proses, təlimat və qaydalara əsasən dəyişiklik, insident və problem tipli tiketlərin qeydiyyatını və icrasını aparmaq
Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək
Proqram təminatı istehsalçısı və partnyor şirkətlərlə kommunikasiya aparmaq
Mövcud biznes sistemlərinin təkmilləşdirilməsi üçün təkliflər vermək 
Biznes funksiyalarına texniki məsələlərlə bağlı köməklik emtək
Müvafiq hesabatların hazırlanmasını təmin etmək
Müvafiq texniki sənədləşməni aparmaq
Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında daim sistemləri inkişaf etdirmək 
Sizdən nə tələb olunur?
Təhsil: İT, Tətbiqi riyaziyyat, iqtisadiyyat və digər müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsi
Tələb olunan iş təcrübəsi:  Biznes sistemlərinə dəstək üzrə min. 2 il
Lisenziya / Sertifikat: SQL, sistem inzibatçılığı və s. üzrə arzuolunandır
Xarici dillər: İngilis dili (Yaxşı), Ris dili (Yaxşı)
Kompüter bilikləri:
Windows/ Linux serverlərin inzibatçılığını və etibarlı işləməsini təmin etmək
SQL, Groovy, Java, Spring Framework (arzuolunandır)
Git
PostgreSQL ümumi biliklər
Şəbəkə haqqında ümumi biliklər
Bazar üzrə biliklər: Bank üzrə biznes proseslərdən xəbərdar olmaq
Məhsul üzrə biliklər: Jira, Confluence, EDMS, CRM, ERP və s.
Başqa tələblər:
Proses və prosedurlara əməl etmə
Analitik və problem həll etmək qabiliyyəti
Stresə davamlı
Komanda şəklində effektiv işləmə bacarığı
Şifahi və yazılı kommunikasiya bacarıqları