Show

30 May

“Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı (DevSecOps) vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:
Texniki ekspert kimi informasiya təhlükəsizliyi risklərinin azaldılmasına yönəlmiş informasiya təhlükəsizliyi proseslərinin işlənib hazırlanmasında iştirak etmək;
İnformasiya təhlükəsizliyi baxımından hazırlanmış proqramların arxitekturasının təhlilində iştirak etmək;
DevSecOps çərçivəsində yeni tədbir və metodları tətbiq etmək;
DevSecops sahəsində texnologiya, alətlər və iş üsullarını sınaqdan keçirmək, seçmək və tətbiq etmək;
Devops infrastrukturu üzrə təhlükəsizlik nəzarətlərini avtomatlaşdırmaq;
Təhlükəsiz proqram təminatının inkişafı tələblərinə uyğunluğu təmin etmək (SSDLC);
SAST, SCA, DAST skan nəticələrinin təhlil edilməsi;
CI/CD proseslərinin qurulmasında iştirak etmək (Jenkins, GitLab);
SSL/TLS sertifikatı və SSH açarının idarə edilməsi.
Namizədə qarşı tələblər:

Ali təhsil (aidiyyatı sahə üzrə);

Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
Şəbəkə texnoloqiyaları və protokolları (UDP, TCP, IP, NTP) üzrə  biliklər;
DevSecOps yanaşması və SSDLC prosesi üzrə dərin biliklər;
SAST, DAST, SCA alətləri ilə bağlı bilik və təcrübə;
Mikroservis tətbiqi arxitekturasının prinsiplərini başa düşmək;
CI/CD pipeline iş prinsipi üzrə biliklər;
Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;
İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi (DevSecOps) qeyd edərək 09 iyun 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlərə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.