Show

24 May

ABB VAKANSİYA elan edir

ABB ASC İnkassator vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı görüləcək işlər barədə və namizədlərə uyğun tələbləri təqdim olunub.

Görəcəyiniz işlər:

Nağd pul və digər qiymətlilərin təhvil-təslimi zamanı bağlamaların və qablaşdırılmanın bütövlüyünü, zədəsiz olmasını və rekvizitlərin mövcudluğunu yoxlamaq;
Nağd pul və digər qiymətlilərin təhvil-təslimi zamanı inkassasiya prosesini müşayət edən sənədləşmənin düzgünlüyünün yoxlanılması;
Nağd pul və digər qiymətlilərin inkassasiyası prosesləri zamanı qiymətlilərin bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi.

Bizim üçün uyğun namizəd:

Ali və ya orta ixtisas təhsili olan;
Komandada işləmək bacarığı olan;
İşdə dəqiqlik, detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.
Hərbi qulluqçular, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşlarına üstünlük verilir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.