Show

17 May

TuranBank VAKANSİYA elan edir

TuranBank ASC bazar risklərinin idarəedilməsi üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifəyə olan tələblər:

Bakalavr (Risk menecment,maliyyə,iqtisadiyyat,ekonometrika və s. oxşar sahələr);
Bazar riskləri və ya digər müvafiq sahədə təcrübə;
Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmaq;
Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
Stress altında işləmə qabiliyyəti;
MS Office (Excel/Word/Powerpoint) yaxşı səviyyədə bilmək; 
Maliyyə məhsulları və maliyyə bazarları,makroiqtisadiyyat haqqında biliklər; 
Ekonometrika,statistik analitika haqqında biliklər arzuolunandır;
İngilis dili (ən azı intermediate səviyyə) rus dili (arzuolunandır);
CFA,FRM,PRM üzrə biliklər arzuolunandır;

Vəzifə öhdəlikləri:

Bazar/Likvidlik risk modellərinin hazırlanmasını təşkil etmək;
Yaradılan yeni məhsullar üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi;
Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
Makroiqtisadi analizlərin aparılması;
Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək;
Bizim təkliflərimiz: 
Rəqabətli əmək haqqı
Beynəlxalq imtahanlara (CFA,FRM və s.) hazırlıqda dəstək
Treninqlərdə iştirak etmək imkanları
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Bazar riskləri mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” yazmağı unutmayın.