Show

16 May

Bank Respublika VAKANSİYA elan edir

“Bank Respublika” Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssisi (Sabirabad və Yevlax filialları) üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankdan vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələblər təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə qarşı tələblər:

Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
Dil bilikləri: Azərbaycan dili (əla);
Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 may 2023-cü il tarixinədək email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Sabirabad) və ya Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Yevlax) qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.