Show

10 May

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank informasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi (Kiber Nüfuzetmə mütəxəssisi - Pentester) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Proqram və/və ya şəbəkənin yoxlanılması;
Veb tətbiq və API yoxlamanın aparılması;
Mobil tətbiqinin yoxlanılması;
Əməliyyat sistemlərinin təhlükəsizlik yoxlamalarının həyata keçirilməsi;
Aparılan yoxlamaların sənədləşdirilməsi.

Tələblər:

İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
Sahə üzrə müvafiq sertifikatlara (CRT, OSCP, CEH, GPEN və s.) sahib olmaq;
Veb texnologiyaları barədə anlayış;
Əməliyyat sistemləri və şəbəkə üzrə anlayış;
Həm şifahi, həm də yazılı ünsiyyət bacarığı;
Yaradıcı və strateji düşünmə bacarığı;
Daim öyrənmə bacarığı;
Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
Komandada işləmək bacarığı.