Show

10 May

Unibank VAKANSİYA elan edir

Unibank təşkilati işlər və katiblik şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Bankda kargüzarlıq işinin təsdiq olunmuş Təlimata uyğun təşkili və aparılmasını həyata keçirmək;
Banka daxil olan məktub və sənədlərin müvafiq qeydiyyatının aparılmasını həyata keçirmək;
Bankın rəhbərliyi tərəfindən daxil olan sənədlərin qoyulan dərkənərlar üzrə aidiyyatı struktur bölmələrinə göndərilməsini təmin etmək;
Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə,fəaliyyətini mövcud Əsasnaməyə,bankdaxili prosedur və qaydalara, AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirmək;
Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;

Tələblər:

Ali təhsil;
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
Bankda ən azı 1 il iş təcrübəsi;
Yüksək səviyyədə ünsiyyət qurma qabiliyyəti;
Məsuliyyətlilik və işdə dəqiqlik.