Show

09 May

"Kontakt Home" VAKANSİYA elan edir

"Kontakt Home" satınalma üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:
Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
Hesabatların hazırlanması və analiz olunması.

İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00;
Rəqabət qabiliyyətli əmək haqqı.

Tələblər:
Ali təhsil;
Səlis azərbaycan və rus dili, ingilis dili biliyi arzu olunandır;
Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Satınalma üzrə vacib olan hüquqi biliklər;
Xarici bazar biliyi;
Komanda ilə işləmək bacarığı;
Məsuliyyətlilik, dürüstlük və ünsiyyət qurma bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.