Show

03 May

Bank Respublika VAKANSİYA elan edir

“Bank Respublika” ASC Memar Əcəmi və Sumqayıt filialı üçün Xidmətlər üzrə məsləhətçi (Reception) vakansiyalarını elan edir.

Bu barədə bankdan Fins.az-a məlumat verilib.

Ümumi vəzifə öhdəlikləri:

  • Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
  • Müştərilər arasında aparılan sorğularda iştirak;
  • Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla səviyyədə; 
  • Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Memar Əcəmi və ya Xidmətlər üzrə məsləhətçi (Reception) – Sumqayıt qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.