Show

01 May

"Kontakt Home" VAKANSİYA elan edir

"Kontakt Home" İnteryer dizayner vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Kontakt Home mağazalar şəbəkəsinin filiallarının və şəbəkəyə daxil digər layihələrin interyer dizaynının işlənilməsi;
Layihələrin realizasiyası və müəllif nəzarətinin həyata keçirilməsi.

Tələblər:

Ali təhsil (Memarlıq və ya interyer dizayn sahəsində);
İnteryer dizayn sahəsində azı 5 il iş təcrübəsi;
İnteryer dizayn sahəsində həyata keçirdiyi proyektlərdən ibarət portfolio;
Autocad, 3dmax ve Photoshop proqramları üzrə interyer dizaynerə lazım olan səviyyədə biliklər;
Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq; 
Stresə davamlılıq, nəticə yönümlülük.

İş şəraiti:

İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00;
Portfolionun olması mütləqdir.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.