Show

28 Aprel

Kredit Analitiki (KİB) üzrə VAKANSİYA

PASHA Bank kredit analitiki (KİB) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.

İşiniz nədən ibarətdir?

Müştərilər ilə kommunikasiyanın idarə olunması, eləcə də hədəf üzrə cari satış göstəricilərinə nəzarət olunması və əlaqədar zəruri qərarların qəbul edilməsi;
Mövcud böyük korporativ müştərilərin saxlanılması;
Korporativ müştəri seqmentləri üzrə Mənfəət və Zərərə görə cavabdehlik;
Kredit sifarişi təmin etmək məqsədilə həyata keçirilən müştərinin ilkin maliyyə və qeyri-maliyyə təhlilinin həyata keçirilməsi;
Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun olan optimal məhsul qarışığına qərar verilməsi;
Kredit risk anderraytinq və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit komitəsinə təklif edilməsi;
Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət edilməsi və müştərilərə verilən limitlərin vaxtında yenilənməsi.

Sizdən nə tələb olunur?

Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
Tələb olunan iş təcrübəsi: 2-3 il 
Lisenziya / Sertifikat: - ACCA f3
Xarici dillər: İngilis
Kompüter bilikləri: Microsoft Office
Texniki biliklər: IFRS
Bazar üzrə biliklər: Bank məhsulları