Show

25 Aprel

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank komplayns və idarəetmə üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.

İşiniz nədən ibarətdir?

Bankın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi (yaranma mərhələsində);
Regulyator tələblərinin vahid bir reyestridə əks etdirmək və mütəmadi olaraq onlara edilən dəyişikliklər vaxtlı vaxtında müvafiq reyestirdə yeniləmək;
Vendorların yoxlanılması üçün tələb olunan sənədlərin yığılması;
Biznes mərkəzlərindən, MM-dən və digər departamentlərdən daxil olmuş Komplayns tələbləri ilə əlaqəli sorğuları cavablandırmaq;
Səlahiyyətli orqanlardan Komplayns şöbəsinin skopu çərçivəsində daxil olan sorğuların vaxtında cavablandırlması;
Maraqların Toqquşması və Maraqların Bəyan Edilməsi siyasətinin idarə edilməsinə dəstək vermək;
Bankda mövcud prosesin hər hansı bir addımının avtomatisaziyasının regulativ tələblərinin pozulmasına gətirib çıxarmaını müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflər vermək;
Rüşvətxorluq və korrupsiya ilə mübarizə siyasətinin idarə edilməsinə dəstək olmaq;
Komplayns ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyanı təşkil etmək;
Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Sizdən nə tələb olunur?

Təhsil: İqtisadiyyat, hüquq və ya digər uyğun sahədə ali təhsil (bakalavr)
Tələb olunan iş təcrübəsi: minimum 3 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, korporativ hüquq və ya audit sahələrində (minimum birində) təcrübənin olması)
Lisenziya / Sertifikat: Compliance və ya audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır
Xarici dillər: İngilis (səlis), rus (işlək)
Kompüter bilikləri: Microsoft Office
Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli ölkə daxili qanunvericilik üzrə geniş biliklər, Davranış məcəlləsi, Maraqların toqquşması mövzusu, və digər daxili qaydalar üzrə biliklər