“Kapital Bank” ASC namizədləri Komplayens departamentinin ÇPY və TMM şöbəsində baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Öhdəliklər
- Komplayens baxımından qeyri-adi əməliyyatların analizi;
- Fİliallardan daxil olan müştəri sorğuların cavablandırılması;
- BƏS-də qurulmuş komplayens proseslərinin düzgün işləməsinə nəzarət;
- Komplayens proseslərinin tətbiqində filiallara dəstək göstərilməsi;
- Maliyyə Monitorinqi Xidmətindən daxil olan sorğuların araşdırılması və cavablandırılması və s.
Tələblər
- Ali təhsil (dəqiq elmlər üzrə ali təhsilli olması üstünlük təşkil edir);
- Bank Əməliyyatı Sistemlərini bilmək;
- Analitik düşünmə bacarığı;
- Azərbayacan dili (əla), rus və ingilis dili (arzuolunan);
- Excel-də yaxşı işləmək bacarığı;
- Bank qanunvericiliyindən ümumi məlumatlılıq.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.