RƏSMİ

27 Noyabr

Azərbaycanda tibb və əczaçılıq fəaliyyətinin sertifikasiyası üzrə yeni qaydalar təsdiqləndi - QƏRAR

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası təsdiqlənib.

Finss.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydalara əsasən, sertifikasiya imtahanının sınaq imtahanında iştirak haqqının məbləği tibb və ya səhiyyə ixtisasları üzrə ali təhsili olan tibb mütəxəssisləri üçün 35 manat, orta ixtisas təhsili olan tibb mütəxəssisləri üçün 25 manat təsdiq edilib.

Davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi hər il orta hesabla 50 kredit olmaqla 5 il ərzində minimum 250 kredit təsdiq edilib.

Bu qərar qüvvəyə mindiyi günədək sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddəti başa çatmamış tibb mütəxəssisləri minimum 250 kreditdən hər il üzrə nəzərdə tutulmuş orta illik hesabla 50 krediti topladıqda, sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddətinə bir ildən az qalmış tibb mütəxəssisləri 50 krediti topladıqda şəhadətnamə əldə edəcəklər.