MÜSAHİBƏ

27 Noyabr

PAŞA Sığorta “Mərhəmətli Olmağa Tələsin” xeyriyyə aksiyasına dəstək olub

PAŞA Sığorta korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Mərhəmətli Olmağa Tələsin” xeyriyyə aksiyasında iştirak edib. 

Artıq 16 ildir ki, keçirilən bu aksiyanın məqsədi ehtiyacı olan uşaqlara dəstək göstərməkdir. Xeyriyyə aksiyası çərçivəsində hər iki valideynini itirmiş, tək anaların övladlarınz, sağlamlıq imkanları məhdud uşaqlarz, eləcə də şəhid və qazilərinin övladlarna qış geyimləri və digər zəruri ləvazimatlar təqdim olunub.

Tədbirdə PAŞA Sığorta şirkəti göstərdiyi dəstəyə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.