IKT

02 Oktyabr

4SIM ölkədə müəssisələrin rəqəmsal transformasiyasını stimullaşdırır – Fariz Cəfərov

Finss.az - 4SIM Azərbaycan şirkətlərinin rəqəmsal transformasiyasını dəstəkləyir.

Bakıda PASHA Holding tərəfindən təşkil olunan "INMerge Innovation Summit"də Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov bildirib ki, mərkəz ölkədə müəssisələrin rəqəmsal transformasiyasını stimullaşdırır.

O çıxışı zamanı qeyd edib ki, 4SIM texnologiyalar və innovasiyalar sahəsində beynəlxalq təcrübəni öyrənərək ən yaxşı praktikaları ölkə iqtisadiyyatına tətbiq edir:

“Hazırda hər kəs bizdə öyrənə və ən yaxşı təcrübələri mənimsəyə bilər.”

O əlavə edib ki, uğurlu rəqəmsal transformasiya üçün texnologiyalar, institutların hazırlığı və kadr potensialının koordinasiyalı işi vacibdir və yalnız bu halda innovasiyaların səmərəli tətbiqi və şirkətlərin beynəlxalq arenada rəqabət qabiliyyəti mümkündür.