Liqa mərhələsinin 5-ci turundan sonra “Real”ın hücumçusu Kilian Mbappe liderliyə yüksəlib.
Finss.az xəbər verir ki, Yunanıstanda “Olimpiakos”la səfər oyununda (4:3) komandasının bütün 4 qolunu vuran fransalı hücumçunun hesabında artıq 9 qol var.
“Qalatasaray”lı Viktor Osimhen 6 qolla 2-ci, Erlinq Halaand (“Mançester Siti”) və Harri Keyn (“Bavariya”) isə 5 qolla 3-4-cü yerləri bölüşdürür.
“Qarabağ”ın futbolçusu Leandro Andrade isə 3 qolla 11-ci pillədədir. Onunla yanaşı daha 14 oyunçu eyni göstəriciyə malikdir.
