DÜNYA

15 Yanvar

OPEC-dən yeni proqnozlar

Finss.az xəbər verir ki, OPEC-in aylıq hesabatına əsasən, OPEC+ alyansına daxil olmayan ölkələrdə maye karbohidrogen istehsalı 2026-cı ildə gündəlik 0,63 milyon barel artaraq 54,78 milyon barelə, 2027-ci ildə isə əlavə 0,61 milyon barel artım ilə 55,39 milyon barelə çatacaq.

Hesabatda qeyd olunur ki, alyans nə 2025-ci il, nə də 2026-cı il üzrə əvvəlki istehsal proqnozlarında dəyişiklik etməyib. Bu isə qlobal neft bazarında mövcud gözləntilərin sabit qaldığını göstərir.

Mütəxəssislərin fikrincə, 2026-cı ildə maye karbohidrogen istehsalındakı artımın əsas hərəkətverici qüvvələri Braziliya, Kanada, ABŞ və Argentina olacaq. 2027-ci ildə isə istehsal artımına Braziliya, Kanada, Qətər və Argentina liderlik edəcək.

Eyni zamanda, OPEC proqnozlaşdırır ki, OPEC+ olmayan ölkələr 2027-ci ildə neft hasilatına ümumilikdə 284 milyard dollar həcmində sərmayə qoyacaq. Bu göstərici 2026-cı il üçün planlaşdırılan investisiya xərclərindən bir qədər yüksəkdir və qlobal enerji sektorunda kapital qoyuluşlarının artmaqda davam etdiyini göstərir.